Продаётся 8-комн. дом/дача 231 м², пос. Бадамдар
Badamdar qəsəbəsinin mərkəzində, 1-ci massivdə 5.1 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli Həyət evi(ev əşyaları və mebel ilə birlikdə) SATILIR !
İpotekaya yararlıdır, həm torpağın həm evin sənədləri(kupça/çıxarış) qaydasındadır.
Badamdarın mərkəzi, DTX Hospital-dan iki məhlə yuxarıda ( Beton yol/Betonka). Əsas yolun kənarıdır, ara küçə deyil, bu məhlədə boş torpaq sahəsi yoxdur. Dağdakı/dalanlardakı evlərlə/torpaq qiymətləri ilə müqaisə etməyin.
Ev 2004-cü ildə mühəndis nəzarəti altında inşa olunubdur, Monolit tikilidir. daimi yaşayış olubdur.
Torpaq sahəsinin ölçüsü 11m*47m(dördbucaqlı formada)
Ev həyətin ortasında inşa olunubdur. Ön həyətyanı sahədə iki maşınlıq qaraj(qarajın altında böyük ehtiyat su çəni var), yay mətbəxi və S/Q var, 20-25 illik müxtəlif meyvə/meşə ağacları var.
Evin sağ yan tərəfindən arxa həyətyanı sahəyə keçilir, arxa həyətdə kombi otağı, kiçik texniki tikili var. Meyvə/meşə ağacları var. Burada istəyə uyğun qış bağı / açıq və ya qapalı hovuz / sauna / barbekyu zonası və s nə istəsən tikmək olar.
Həmçinin evin zirzəmisinə də giriş arxadandır.
Zirzəmi hal-hazırda sadəcə köhnə əşyaların saxlanılması üçün istifadə olunur, ancaq evi alacaq şəxs rahatlıqla zirzəmini tam mərtəbə halına gətirib istər evin daxilindən istərdə çöldən giriş edə bilər.
1-ci mərtəbə: tambur, koridor, qonaq otağı/zal, mətbəx, yataq otağı və S/Q(hamam/tualet).
2-ci mərtəbə: pilləkən ümumi zala çıxır, 3 yataq otağı və bir S/Q(hamam/tualet).
İstəyə bağlı olaraq evin dam örtüyünü götürüb 3-cü mərtəbə tikilməsi mümkündür.
Qaz, işıq, su daimidir.
Vasitəçi deyiləm, öz evimizdir və hal-hazırda da bu evdə yaşayırıq.
Xahiş olunur qeyri-real təkliflər ilə boş-boşuna birbirimizin vaxtını sərf etməyək. Konkret prestijli bir məhəllədə ev/torpaq almaq istəyən real alıcı ilə evə/torpağa baxıldıqdan sonra qiymətdə endirim müzakirə edilə bilər.














































































































