Продаётся 7-комн. дом/дача 260 м², пос. Бадамдар
Badamdar qəsəbəsində, sakit və elit məhəllədə şəxsi istifadə üçün tikdirdiyim villanı satıram.
Bu evi satış məqsədi ilə yox, ailəm üçün inşa etdirmişəm. Tikintiyə birbaşa özüm nəzarət etmişəm, heç bir tikinti şirkətinə etibar etməmişəm. Keyfiyyətə xüsusi diqqət olunub.
📍 Yer: Badamdar, 329 nömrəli məktəbə 5 dəqiqə, dayanacağa 6 dəqiqə məsafə
🏡 Torpaq sahəsi: 3.1 sot
🏗 Ev sahəsi: 260 kv.m, 2 mərtəbə
🧱 Konstruksiya: 18 kolon, kəmər sistemi, 3 monolit beton – çox möhkəm tikilib, hər iki mərtəbə isti poldur
🎥 Əlavə üstünlük:
Tikintinin bütün mərhələlərinin video qeydləri mövcuddur. Yəni alıcı evin fundamentindən damına qədər necə və hansı materiallarla tikildiyini şəffaf şəkildə görə bilər
✔️ Həyət geniş alınıb, arxa hissədə əlavə boş yer qalır
✔️ Yan qonşulardan həyət qətiyyən görünmür – tam məxfilik
✔️ Ehtiyat su çəni var (6 ton)
✔️ Dövlətin verdiyi sayğacı 20 kV-lıq güclü sayğacla dəyişmişəm – istənilən qədər avadanlıq qoşmaq mümkündür (Elektrik avtomobilini şarj etmək üçün torpaqlanma nəzərə alınıb)
✔️ Enli, rahat məhəllədir, villa birbaşa düz yolun üstündə yerləşir
🏠 Planlama çox rahatdır:
Birinci mərtəbə:
• Mətbəx
• Geniş zal
• Qonaq üçün əlavə otaq
• Sanuzel
• Çamaşırxana və oradan birbaşa həyətin arxa hissəsinə çıxış
İkinci mərtəbə:
• Çox geniş sanuzel
• Böyük yataq otağı (öz qarderob otağı ilə)
• 2 uşaq otağı
• Ayrı iş otağı
Keyfiyyətli və rahat yaşamaq üçün tikilmiş evdir. Sakitlik, məxfilik və möhkəm tikinti axtaranlar üçün ideal variantdır.

































































































































































































































